Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan Türkiyəyə qaz ixracını artırdı

Azərbaycan Türkiyəyə qaz ixracını artırdı Azərbaycan yanvar-avqust aylarında Türkiyəyə 4,33 milyard kubmetr qaz ixrac edib.
Türkiyənin Enerji bazarlarının tənzimlənməsi üzrə İdarəsinin (EPDK) saytında yerləşdirilmiş hesabata əsasən ötən ilin müvafiq dövründə bu rəqəm 3,95 milyard kubmetr təşkil edib.
Hesabatda deyilir ki, bu il Azərbaycan qazı Türkiyənin idxal etdiyi mavi yanacağın 14,4 faizini təşkil edib.
Türkiyə Azərbaycandan qazı Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə idxal edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ