Sizin reklam burada
Sizin reklam burada

Bakıda "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumu keçirilir

Bakıda "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumu keçirilir Bu gün Bakıda “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu öz işinə başlayıb.
Tədbirin əsas təşkilatçısı Azərbaycan hökuməti və BMT-nin Avropa İqtisadi Komissiyasıdır.
BMT-nin 70 üzv dövlətindən 400-dən artıq hökumət rəsmisinin, beynəlxalq enerji ekspertləri, maliyyə və işgüzar sektorun nümayəndələri, elmi tədqiqatçılar, alimlər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi forum çərçivəsində oktyabrın 20-də “Bərpa olunan energetikanın inkişafı” beynəlxalq konfransı keçiriləcək.
Oktyabrın 18-21-i tarixlərində ilk dəfə Cenevrədən kənarda Bərpa olunan enerji və enerji səmərəliliyi üzrə Ekspertlər Qrupunun növbəti sessiyası baş tutacaq.
Tədbirlər çərçivəsində davamlı inkişaf hədəflərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirin azaldılmasına dəstəyi, “Paris İqlim Sazişi”ndən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət Planınından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpa olunan enerji mənbələri və enerji səmərəliliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm məsələlər müzakirə olunacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ