Sizin reklam burada
Sizin reklam burada
  • Aktauda Xəzər dənizi akvatoriyasında ən iri konteyner habı fəaliyyətə başlayıb

    Xəzər dənizi akvatoriyasında ən iri konteyner habı Aktau limanında istifadəyə verilib.

    “Qazaxıstan Temir Jolu” Milli Şirkəti ASC-nin mətbuat xidmətinə istinadla xəbər verilir ki, konteyner habı planlaşdırılandan əvvəl istismara verilib.

    Yeni hab tranzit imkanlarını genişləndirəcək və Qazaxıstanın Şərq-Qərb, həmçinin Şimal-Cənub və digər beynəlxalq marşrutlarda mühüm nəqliyyat qovşağı kimi mövqeyini daha da möhkəmləndirəcək.

    Qazaxıstanda analoqu olmayan müasir logistika infrastrukturu və qabaqcıl texnologiyalar konteyner yüklərinin emalını əhəmiyyətli dərəcədə sürətləndirəcək.

    Qovşağın fəaliyyətə başlaması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çin istiqamətindən gələn 100 mininci konteynerin çatdırılması ilə simvollaşdırılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ