2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi proqnozlaşdırılır.
Bu təkliflə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zaman Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, ölkə iqtisadiyyatında real artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnə nəzərdə tutulur.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda strateji məqsədlər üzrə əsas indikatorlarla bağlı hədəflər baza kimi istifadə olunan makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasında diqqətdə saxlanıb. 2024-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı təqdim edilmiş məlumatlarda “Büdcə sistemi haqqında” Qanunun büdcə sisteminin vahidliyi, bu sistemə aid olan büdcələrin müstəqilliyi ilə bağlı təsbit edilmiş tələbləri təmin olunmuş, layihə vahid büdcə təsnifatı tətbiq edilməklə tərtib olunub”, - deyə o əlavə edib.