Bəs ölkəmizdə dizelin qiyməti arta bilərmi?
Atributinfo.az xəbər verir ki, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Amerika və Avropada dizel yanacağının qiymətində artım var.
"Lakin bunun ölkəmizə heç bir aidiyyəti yoxdur. Hazırkı vəziyyətdə Azərbaycanda dizelin qiymətinin bahalaşması gözlənilmir".
Ekspert qeyd edib ki, Azərbaycan dizel yanacağını idxal etmir.
"Bu yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir", - deyə o qeyd edib.
/atributinfo.az/
