Sizin reklam burada
Sizin reklam burada

Dollar sabit qaldı, avro və funt sterlinq isə ucuzlaşdı

Dollar sabit qaldı, avro və funt sterlinq isə ucuzlaşdı Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 11-ə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 10-u ilə müqayisədə dəyişməyərək 1,6006 manat olub.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,7914 manatdan 1,7822 manata düşüb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 10-u ilə müqayisədə 0,0257 manatdan 0,0258 manata qalxıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,5252 manatdan 0,5205 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9862 manatdan 1,9723 manatadək ucuzlaşıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ