Sizin reklam burada
Sizin reklam burada
  • Yanvar-noyabr aylarında Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı azalıb

    2022-ci ilin noyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 115 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin noyabr ayı ilə müqayisədə 826 obyekt azdır.
    Bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verilir.
    Məlumata görə,2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 988 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müq ayisədə 32 obyekt azdır.
    2022-ci ilin noyabr ayında Türkiyədə 117 min 806 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 34,1 faiz azdır. Noyabr ayında Türkiyədə əcnəbilərə 6 min 83 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ