Sizin reklam burada
Sizin reklam burada

Ərdoğanla Putin "taxıl sazişi"inin icrasını müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirib.
Türkiyə KİV-lərinə istinadən xəbər verilir ki, tərəflər bir sıra regional məsələləri, o cümlədən, "taxıl sazişi"inin icrasını müzakirə ediblər.
Qeyd olunur ki, prezident R.T.Ərdoğan "taxıl dəhlizi" ilə Ukrayna limanlarından nəqlin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Rusiya XİN həftəsonu Qara dənizdə təhlükəsizlik məsələlərini əsas gətirərək sazişin icrasını dayandırdığını elan etmişdi.
"Taxıl sazişi" bu ilin avqustunda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında əldə olunmuşdu.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ