Sizin reklam burada
Sizin reklam burada

Türkiyədə qaz qovşağı real və tez həyata keçirilən layihədir - Putin

Türkiyədə qaz qovşağı kifayət qədər tez həyata keçirilə bilən real layihədir.
Bu barədə Rusiya prezidenti Vladimir Putin mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, qaz alıcıları həmişə olur, bu, dünyada çox tələb olunan məhsuldur: "Qaz ən ekoloji cəhətdən təmiz karbohidrogendir, "yaşıl enerji"yə keçid üçün ideal ilkin enerji mənbəyidir. Mən bilirəm ki, istehlakçılar çoxdur və Rusiya qazını almaq istəyənlər də çoxdur".
"Türkiyənin Avropaya mümkün tədarük qovşağı kimi seçilməsinə gəlincə, mənə elə gəlir ki, bunu niyə təklif etdiyimiz aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir", - deyə V.Putin əlavə edib.
Onun sözlərinə görə, Türkiyə ilə işləmək daha asandır, çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sözün üstündə duran adamıdır:
"Razılaşmaq çətin ola bilər, amma razılaşsaq, icra etməyə çalışırıq. Bu birincidir. İkincisi, Qara dənizə nəzarət etmək bizim üçün daha asandır. Bu, çox real layihədir, biz bunu çox tez həyata keçirə biləcəyik".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ