Sizin reklam burada
Sizin reklam burada

Ersin Tatar ilə işgüzar görüş

Ersin Tatar ilə işgüzar görüş Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyəti sədri və üzvlərinin Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti cənab Ersin Tatar ilə işgüzar görüşü baş tutub.
Qarşılıqlı iqtisadi münasibətləri inkişaf etdirmək üçün baş tutan görüşdə Ersin Tatarın xanımı Sibel Tatar da iştirak edib.
Prezident Ersin Tatar çıxışında bildirib: "Biz Azərbaycan xalqının əziz qardaş və bacıları olaraq Qarabağın zəfərini böyük sevinclə qarşıladıq və Azərbaycanla münasibətlərin inkişafı, Azərbaycan xalqı ilə aramızdakı əlaqələrin daha da artması, qardaşlarımızla hər sahədə əməkdaşlıq etmək Kipr Türk xalqını sevindirir.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin Sədri Səkinə Babayeva da Kipr türk xalqı ilə həmfikir olduqlarını, bir millət, üç dövlət kimi gördükləri Azərbaycan xalqının qarşılıqlı mədəni əlaqələrinin inkişafı istiqamətində atılan addımların əhəmiyyətini dilə gətirib. Daha sonra Səkinə Babayeva KKTC-də səfərdə olmaqdan məmnun olduqlarını ifadə edərək, onlara təşəkkür edib.
Hədiyyə mübadiləsinin də aparıldığı görüşdə prezident Ersin Tatarın həyat yoldaşı Sibel Tatar Səkinə Babayevaya “Kıbrısın öncül türk qadınları” kitabını təqdim edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ