Bu barədə Fonddan bildirilib.
Belə ki, strateji dövr ərzində 20 min ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 1,7 mlrd. manat məbləğində ipoteka kreditlərinin maliyyələşdirilməsi hədəf kimi müəyyən edilib.
Qeyd olunan hədəfə nail olunması üçün ipoteka kreditləşməsi sahəsində son illər müşahidə olunan yüksək dinamikanın qorunub saxlanılması, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yeni alətlərin tətbiqi (tikinti və təmir kreditləri) nəzərdə tutulur.
