Sizin reklam burada
Sizin reklam burada
  • Kürün suyundan səmərəli istifadə ilə bağlı dövlət qurumlarına tapşırıqlar verilib

    Kürün suyundan səmərəli istifadə ilə bağlı dövlət qurumlarına tapşırıqlar verilib Azərbaycan Respublikası Baş nazirinin müavini, Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Komissiyanın 15-ci (onlayn) iclası keçirilib.
    Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin 27.07.2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na əsasən su və su təsərrüfatı obyektlərindən nəzarətdənkənar istifadənin aradan qaldırılması, uçotun təkmilləşdirilməsi və nəzarətin təmin edilməsi istiqamətində verilmiş tapşırıqların icrası ilə bağlı görülmüş tədbirlər barədə Komissiyada təmsil olunan müvafiq dövlət qurumlarının, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının məruzələri dinlənilib və müzakirələr aparılıb.
    Müzakirələrin nəticəsinə əsasən Mingəçevir su anbarından başlayaraq Kür çayının mənsəbinə qədər Kür çayı hövzəsi üzrə su ehtiyatlarından səmərəli və qənaətli istifadəni və məsələnin həllinə kompleks yanaşmanı təmin etmək məqsədilə inteqrasiyalı idarəetmə mexanizminin tətbiqinə dair Komissiyada təmsil olunan müvafiq dövlət qurumlarına və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına zəruri tapşırıqlar verilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ