Sizin reklam burada
Sizin reklam burada

Elmi tədqiqatlara ayrılacaq vəsaitlərin həcmi artırılmalıdır - Nazir

Elmi tədqiqatlara ayrılacaq vəsaitlərin həcmi artırılmalıdır - Nazir Qarşıya qoyulan məqsədlər ondan ibarət olmalıdır ki, elmi tədqiqatlara ayrılacaq vəsaitlərin həcmi artırılsın.
Bunu "Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri" adlı konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O bildirib ki, tarixi zəfərimizlə nəticələnən 44 günlük Vətən müharibəsi eyni zamanda texnologiya, bilik və innovasiyalar müharibəsi idi. Bizim güclü iqtisadiyyatımız olmasaydı, bu texnologiyalara sahib ola bilməzdik:
"Bir neçə onilliklər öncə iqtisadiyyatın əsas aparıcı qüvvəsi insanlar, təbii sərvətlər, faydalı qazıntılar idisə, indi aparıcı güc innovasiya və biliklərdir. Son illərdə müşahidələrimiz onu göstərir ki, istər hüquq-məhkəmə, istərsə də texnologiya sahəsində ciddi islahatlar aparılıb.
Əgər cəmiyyətdə ixtiralar olmasa, innovasiyaların inkişafı üçün əsas olmaz. Rəqəmsal transformasiyadan danışsaq, bir çox halarda biz bunu rəqəmsallaşma və s. anlayışlarla səhv salırıq. Lakin bu, bütövlükdə biznes şüurunun dəyişməsidir.
Bu gün dünyanın aparıcı ölkələrində ÜDM-nin 2-3 faizi elmi tədqiqatlara ayrılır. Bizdə bu rəqəm arzu etdiyimiz səviyyədə deyil. Qarşıya qoyulan məqsədlər ondan ibarət olmalıdır ki, elmi tədqiqatlara ayrılacaq vəsaitlərin həcmi artırılsın. Lakin bu yük dövlətin üzərinə düşməməlidir".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ