Sizin reklam burada
Sizin reklam burada

İşəgötürənlərin fəaliyyətinə nəzarət üçün qanunvericiliyə dəyişiklik ediləcək

İşəgötürənlərin fəaliyyətinə nəzarət üçün qanunvericiliyə dəyişiklik ediləcək Elektronlaşmanın rəsmiləşdirilməsi üçün böyük plan hazırlanıb.
Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə deyib. O bildirib ki, qanunvericiliyə dəyişiklik müvafiq dövlət orqanları ilə razılaşdırılaraq, hökumətə təqdim edilib.
"Cari ilin aprelin 2-də dəyişikliklər qəbul edildikdən sonra təşkilati hüquq və mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən işəgötürənlərin fəaliyyətinə təmassız nəzarət prosesi qurulub. Proses hazırda İnzibati Xətalar Məcəlləsinin 8 maddəsi üzərindən həyata keçirilir. Burda həm əmək, həm məşğulluq, həm də sosial məsələləri əhatə olunub.
Hüquqi şəxslərlə bağlı elektron protokol tətbiq olunacaq. Bu elektron protokol hüquqi şəxsin şəxsi kabinetinə, rəsmi e-mail və ya digər əlaqə vasitələrinə göndəriləcək. İnzibati xətalarla bağlı 10 gün ərzində hüquqi şəxs protokolda göstərilən cəriməni "Asan ödəniş" vasitəsilə həyata keçirdikdə, bu protokol avtomatik şəkildə elektron qərara çevrilir. Ödənilmədiyi halda isə 1 gün ərzində elektron sistem vasitəsilə məhkəmə orqanlarına göndərilir.
Eyni proses fiziki və vəzifəli şəxslərlə də bağlıdır. Burada elektron protokol yox, elektron qərar olur. Qərardan 10 gün ərzində şikayət olmadığı təqdirdə qüvvəyə minir. Şikayət olduqda isə ilk növbədə Dövlət Əmək Müfəttişliyinin əməkdaşları tərəfindən baxılır, bununla da razılaşma olmadıqda qərardan məhkəməyə şikayət verilə bilər".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ