Sizin reklam burada
Sizin reklam burada

"KamAZ" avtomobillərinin istehsalı üçün yeni lisenziya verməyi planlaşdırır

"KamAZ" avtomobillərinin istehsalı üçün yeni lisenziya verməyi planlaşdırır "KamAZ" şirkəti Azərbaycanda tikinti-servis mərkəzlərinə investisiya qoymağa hazırdır.
Bunu "KamAZ" şirkətinin baş direktoru Sergey Koqogin "Rusiya şirkətlərinin işgüzar missiyası" adlı tədbirdə deyib.
O bildirib ki, bu gün Azərbaycanda 60 min ədəd "KamAZ" yük avtomobili mövcuddur:
"Bizim Azərbaycandakı missiyamız yeni avtomobillərin tədarükünə və texniki xidmətin təmin olunmasına yönəlib. Bizim Gəncə avtomobil zavodu ilə əməkdaşlığımız qurulub. Biz Azərbaycana kənd təsərrüfatı, tikinti və bir sıra digər istiqamətlər üçün "KamAZ"lar tədarük edirik".
Baş direktor əlavə edib ki, premium "KamAZ" avtomobillərinin istehsalı başlayıb və bu modellər xarici ölkələrə, o cümlədən Azərbaycana tədarük olunur:
"Biz Azərbaycanda tərəfdaşlarımızla birgə tikinti-servis mərkəzlərinə investisiya qoymağa hazırıq. Biz. həmçinin Gəncə avtomobil zavodu yeni "KamAZ" avtomobillərinin istehsalı üçün yeni lisenziya verməyi planlaşdırırıq".

(Tərcümə: Orxan Nəbiyev)

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ