Sizin reklam burada
Sizin reklam burada

Sərgiyə bir sira yeniliklərlə gəlirik!

Sərgiyə bir sira yeniliklərlə gəlirik! Mirata Ağayev
AGRİSPACE MMC-nin direktoru

Son illərdə qeyri-neft sektorunun artan templə inkişafı aqrar sahədə özəl şirkətlərin fəaliyyət imkanlarının artmasına səbəb olmuşdur. Bu sahədə uzun illərdir fəaliyyət göstərən və təcrübəli mütəxəssis heyətinə malik “Agrispace” Məhdud Məsuliyyətli Cəmiyyəti öz sözünü deyə bilmiş şirkətlər siyahısına adını yazdırmışdır. Müasir innovativ kənd təsərrüfatı asılan qoşulan texnikaların istehsalçısı Üstmak firması Azərbaycanda “Agrispace” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi distributorudur.
14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində şirkətimiz dünya və avropa standartlarına cavab verən müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarını nümayiş etdirəcək. O cümlədən, 5-metrlik LAZERLİ MALA, 24 sıralı TAXIL SƏPƏN, 2000 lt-lik VENTİLYATORLU ÇİLƏYİCİ, SƏYYAR TAXIL TƏMİZLƏYƏN, ÖZÜ YERİYƏN TAXIL YÜKLƏYƏN, OT KÜLƏŞ PRESLƏYƏN, SAMAN DOĞRAYAN , DELTA A6 QOLLU DƏRMAN ÇILƏYİCİ və s. Bunların bir neçəsi tam yeni texnika olaraq sərgi ziyarətçilərinə və mütəxəssislərə ilk dəfə Caspian Agro-da təqdim olunacaq.
“AGRİ SPACE” MMC Vətən müharibəsi döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələr Fonduna və Şəhid ailələrinə yardım edən şirkətlər arasında yer almışdır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə yenidən qurma və bərpa işləri ilə məşğul olan Azərbaycanın Kənd Təsərrüfatı sahəsində ən böyük şirkətlərindən biri “KRAUN KO” MMC-nə lazimi kənd təsərrüfatı texnikalarının vaxtında təchiz edilməsi işlərində köməklik göstərmişdir.
Azərbaycan Respublikasında bu cür ixtisaslaşmış sərgilərin keçirilməsi şirkətimiz tərəfindən çox yüksək qiymətləndirilir. Təəssüf hissi ilə qeyd edirik ki, pandemiya dövründə iri miqyaslı sərgilərin keçirilməməsi aqrar sektorda yeni texnologiyaların tanıtımının və alıcı, satıcı, xidmət əlaqələrinin zəifləməsinə təsir etmişdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ