Sizin reklam burada
Sizin reklam burada

Bu il Azərbaycan 96 ölkəyə məhsul ixrac edib

Bu il Azərbaycan 96 ölkəyə məhsul ixrac edib 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac olunub, 152 ölkədən idxal edilib.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 9 milyard 532,1 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 6 milyard 003,2 milyon dollarını və ya 63,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 3 milyard 528,9 milyon dollarını (37,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 2 milyard 474,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz artıb, real ifadədə isə 12,4 faiz, o cümlədən idxal 18,1 faiz, ixrac 8,3 faiz azalıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ