Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

    Azərbaycan neftinin qiyməti 70 dolları ötüb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 1-də 70,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,9 dollar/barel çoxdur.
    Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.
    Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.
    Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,32 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel azdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ