Sizin reklam burada
Sizin reklam burada

"Rabitabank" aktivlərini 20% artırıb

"Rabitabank" aktivlərini 20% artırıb Noyabr ayının 30-a "Rabitabank" ASC-nin aktivləri ilin əvvəli ilə müqayisədə 20% artaraq 539 mln. 400 min manat təşkil edib. Bankdan verilən məlumata görə, bunu "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov bildirib.
Müştərilərin müddətli əmanətlərinin həcmi isə 6% artaraq 236 mln. 612 min manata, cari hesabları isə 72% artaraq 169 mln. 531 min manata çatıb.
Hesabat dövründə bankın məcmu kapitalı 60 mln. 856 min manat təşkil edib.
Bankın xalis faiz gəlirləri 11 mln. 230 min manat, xalis qeyri-faiz gəlirləri isə 10 mln. 483 min həcmində olub.
Hazırda "Rabitəbank"ın 600 nəfərdən artıq təcrübəli və ixtisaslı peşəkar heyəti, 90 000-dən çox şirkət və fiziki şəxslərdən ibarət müştəri portfeli vardır. O cümlədən bank il ərzində 168 min ədəd olmaqla 108 mln. manat ekvivalentində surətli pul köçürməsini və 209,286 min ədəd olmaqla 7 mln. 645 min manat kommunal odənişi müştəriləri üçün reallaşdırıb.
Bank 2016-cı il ərzində plastik kart infrastrukturunu möhkəmləndirib, bununla aktiv plastik kart istifadəçilərinin sayını 35 min 847 ədədə, ATM şəbəkəsini isə 56 ədədə çatdırıb.
1993-cü ildən fəaliyyətə başlayan "Rabitəbank" ASC bu il yaranmasının 23 illiyini qeyd edir. Bank 22 filial, 1 şöbəsi ilə ölkənin 15 regionunda geniş filial şəbəkəsi ilə təmsil olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ