Sizin reklam burada
Sizin reklam burada

"Mərkəzi Bank "qara bazar"ı ləğv edib, psixoloji təzyiqi azalda bilər"

"Mərkəzi Bank "qara bazar"ı ləğv edib, psixoloji təzyiqi azalda bilər" İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramovu müsahibəsi
- Son günlər ən çox müzakirə olunan mövzulardan biri, bəlkə də birincisi "qara bazar"dır. Sualım konkretdir: kimdir bu bazarda "at oynadan"lar və onlara kimlər nəzarət edir?
- "Qara bazar"ın yaranması təbii ki, dollara olan tələbin ödənilməməsi ilə bağlıdır. Praktiki olaraq, kommersiya bankları aldıqları dolları satmırlarsa, bu halda "qara bazar" yaranır. Çünki vətəndaşın - istər sahibkar, istər adi vətəndaşın dollara ehtiyacı var. Amma vətəndaş və ya biznes kommersiya bankından dollar ala bilmirsə, bu vəsaiti başqa yerdə, başqa sözlə, "qara bazar"da axtarmağa məcburdur. "Qara bazar" kommersiya bankları tərəfindən dollara olan tələbin ödənilmədiyi halda yaranır. Kommersiya bankları dolları valyuta hərracında alır. Biz kommersiya banklarının xarici öhdəlikləri ilə bağlı rəqəmlərə baxsaq görərik ki, banklar aldıqları dolları borcun ödənilməsinə yönəltmir və ya cüzi hissəsini yönəldir. Nəticədə bu cür mənzərə yaranır: bank hərracda dollar alır, lakin satmır. Üstəlik, banklar vətəndaşlardan da dollar alırlar. Nəticədə həmin dollar kütləsi "qara bazar"a gedir. Aparılan monitorinqlərin nəticələri göstərir ki, bu gün "qara bazar"ın yaranma səbəblərindən biri məhz bankların "qara bazar"ın fəaliyyətində maraqlı olmasıdır. Çünki "qara bazar"da daha yüksək məbləğdə satışlar mövcuddur, daha yüksək məzənnə ilə dollar təklif etmək və ya almaq mümkündür. Nəticədə valyuta hərracında banklar tərəfindən alınan dolların bir qismi vətəndaş və biznesin yönəlmir, "qara bazar" vasitəsilə vətəndaşa çatdırılır. Bunun nəticəsində bir sıra banklar gəlir əldə edə bilirlər. Bilirsiniz ki, "qara bazar"ın pul emissiya etmək hüququ yoxdur, hərracda iştirak edə bilmir. Lakin "qara bazar" dolları haradansa almalıdır. Hərracda isə pulu kommersiya bankları alır, "qara bazar"da isə daimi olaraq dollar var. Deməli, "qara bazar"ı dollarla bəzi banklar təmin edir. Aparılan son araşdırmalar da göstərir ki, bəzi banklar "qara bazar"ın saxlanmasında, formalaşmasında maraqlıdır. "Qara bazar" olduqca manata təzyiq artır. Çünki vətəndaş bankdan dollar ala bilmirsə, bu, psixoloji təzyiq yaradır, vətəndaş manatın dəyər itirməsindən narahat olur. "Qara bazar" manata psixoloji təzyiq formalaşdırır və milli valyutamızın dəyərsizləşməsi prosesini sürətləndirir. Bu, onu göstərir ki, "qara bazar" yalnız qeyri-leqal olduğu üçün deyil, həm də manata təzyiqləri artırdığı üçün ləğv olunmalıdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ