Ərdoğan "Türk axını"nın tikintisinə dair sazişi imzaladı
İqtisadiyyat
6-12-2016, 11:16
650
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk axını" qaz kəmərinin tikintisinə dair Rusiya tərəfi ilə imzalanan sazişi ratifikasiya edib. Prezident bununla bağlı müvafiq qanunu imzalayıb. Qanun bu gündən qüvvəyə minir. Xatırladaq ki, tərəflər "Türk axını" layihəsinin reallaşdırılmasına dair hökumətlərarası sazişi oktyabrın 10-da imzalayıb.