İdman - Atributinfo.az - Azerbaycan'dan Son Dakika Haberler ve Güncel Bilgiler

Aleksander Çeferin: İnfantino 2027-ci il FIFA prezident seçkilərində iştirak etməyə bilər
UEFA prezidenti Aleksander Çeferin FIFA rəhbəri Canni İnfantinonun 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməməsinin mümkün olduğunu bildirib.

Qurum rəhbəri bu barədə “Rest is Politics” podkastında danışıb.

UEFA rəhbərinin sözlərinə görə, vəziyyətin inkişafı ilə bağlı iki mümkün ssenari var. Birinci ssenariyə əsasən, İnfantino həm seçicilər, həm də azarkeşlər, futbolçular, sabiq futbolçular və məşqçilər arasında kifayət qədər dəstəyinin olmadığını anlayaraq seçkilərdə iştirakdan imtina edə bilər.

İkinci ssenari isə Canni mart ayında keçiriləcək seçkilərdə iştirak etməsini nəzərdə tutur. Çeferinin fikrincə, bu halda FIFA prezidenti ilə rəqabət aparacaq namizəd də ortaya çıxacaq. UEFA prezidenti həmin şəxsin kimliyinin hələlik məlum olmadığını qeyd edib.

Aleksander Çeferin, həmçinin bildirib ki, dünya çempionatının yayım hüquqlarının bir hissəsinin satılması təşəbbüsünün müzakirəyə çıxarılmasından sonra Canni İnfantino ilə danışmayıb.

Qeyd edək ki, daha əvvəl Canni İnfantino FIFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək “FIFA Forward Enterprise” şirkətinin yaradılmasını təklif edib. FIFA-nın hesablamalarına görə, layihənin həyata keçirilməsi quruma təxminən 4,2 milyard ABŞ dolları həcmində əlavə gəlir gətirə, üzv assosiasiyaların gəlirlərinin artırılmasına və dünya futbolunun inkişafına töhfə verə bilərdi.

Lakin təşəbbüs bir sıra futbol konfederasiyaları və təşkilatlarının ciddi tənqidi ilə qarşılaşıb. UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) layihəyə dəstək verməyib. UEFA, həmçinin təşəbbüsdən rəsmi şəkildə imtina edilməyənədək FIFA-nın təşkilatçılığı ilə keçirilən turnirləri boykot etmək niyyətində olduğunu açıqlayıb.

Xatırladaq ki, Canni İnfantino 2016-cı ilin fevralında FIFA prezidenti olub və daha sonra iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə seçilib. O, 2027-ci ilin martında Mərakeşdə keçiriləcək FIFA prezident seçkilərində iştirak etmək niyyətində olduğunu daha əvvəl açıqlayıb.

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb
“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb.

Bu, Azərbaycan Premyer Liqasının II turuna təsadüf edib. Bakı klubu “Araz-Naxçıvan”ı məğlubiyyətə uğradıb – 5:0. Yubiley qələbəsi ölkə çempionatlarında 492-ci ev matçına təsadüf edib.

“Neftçi” yüksək dəstədə öz meydanında 113 heç-heçə edib və 79 dəfə xalsız qalıb.

Qeyd edək ki, “Neftçi”nin ilk ev qələbəsi 1992-ci il mayın 8-də qeydə alınıb. “Ağ-qaralar” Sumqayıt “Xəzər”ini 1:0 hesabı ilə məğlub edib.

Fernando Alonso unikal nailiyyətə imza atıb
Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso Niderland Qran-Prisinin yekunlarına əsasən unikal nailiyyətə imza atıb.

“Aston Martin” komandasının heyətində çıxış edən 45 yaşlı ispaniyalı Zandvoort trasında finişə doqquzuncu çataraq iki xal qazanıb. Bununla da o, son 52 ildə “kral yarışları”nda xal qazanan ən yaşlı pilot olub.

Formula 1-də 45 və daha yuxarı yaşda xal qazanan sonuncu pilot britaniyalı Qrem Hill olub. O, 1974-cü ildə İsveç Qran-Prisində altıncı yeri tutub. Təxminən 1.5 il sonra ikiqat dünya çempionu təyyarə qəzasında həlak olub.

Alonso Formula 1-də 2001-ci ildən çıxış edir. Onun hesabında 437 Qran-Pri, 32 qələbə və 106 podium nəticəsi var. İspaniyalı pilot 2005 və 2006-cı illərdə “Renault” komandasının heyətində dünya çempionu olub. O, 2023-cü ildən “Aston Martin” üçün yarışır.

Qeyd edək ki, Formula 1 üzrə növbəti mərhələ sentyabrın 4-dən 6-dək İtaliyanın Monza trasında keçiriləcək.

İspaniyalı voleybolçu: Azərbaycan millisinə qarşı heç nə edə bilmədik
Düşünürəm ki, Azərbaycan millisi çox yaxşı oyun nümayiş etdirdi. Meydanda bildikləri, bacardıqları oyunu oynadılar. Onlar bizdən daha üstün idilər.

Bu sözləri qadın voleybolçulardan ibarət İspaniya millisinin üzvü Marqa Piza Bakıda keçirilən Avropa çempionatında Azərbaycan yığmasına 0:3 hesabı ilə məğlub olduqları matç barədə danışarkən deyib.

O bildirib ki, görüşün gedişatını dəyişməyə çalışsalar da, bunu bacarmayıblar: “Çox çətin oyun oldu. Meydan sahibi komandanı dəstəkləyən tribunalar və azarkeşlər qarşısında oynamaq, onların təzyiqini hiss etmək də öz təsirini göstərdi. Amma etiraf etməliyik ki, rəqib bizdən daha yaxşı idi. Doğma azarkeşlər önündə oynamaq həmişə böyük üstünlükdür. Azərbaycan millisinin 17 nömrəli oyunçusu Polina Rəhimova xüsusilə əla təsir bağışladı. Çox gözəl çıxış etdi. İspaniyadakı qarşılaşmada biz daha yaxşı idik və istədiyimiz oyunu nümayiş etdirə bilmişdik. Bu dəfə isə heç nə edə bilmədik. Çünki rəqib bizim nə edəcəyimizi olduqca yaxşı bilirdi. Belə vəziyyətdə nəticəni dəyişmək həqiqətən çətindir”.

Voleybolçu Azərbaycanın çox keyfiyyətli və komplektləşmiş komandaya malik olduğunu vurğulayıb: “Hücumda çox təhlükəlidirlər, topu oyuna yaxşı daxil edirlər. Eyni zamanda blokda və müdafiədə də çox aqressiv, yüksək tempdə oynayırlar. Bir sözlə, meydanda nə etməli olduqlarını dəqiq bilirlər”.

Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik
Oyun çox yaxşı alındı. Komandamız meydanda əsl əzmkar mübarizə nümayiş etdirdi və əlimizdən gələni etdik.

Bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Bakıda keçirilən Avropa çempionatında Portuqaliya yığmasına 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, qarşılaşmaya pis başlamadıqlarını bildirib: “Planı yaxşı qurduq və uğurla bitirdik. Portuqaliya yaxşı, bütöv və möhkəm komandadır. Lakin biz də çox güclüyük. Məqsədimiz daha da irəli getməkdir”.

Azərbaycan millisi qrupda növbəti görüşünü avqustun 23-də eyni məkanda İspaniya seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, C qrupunda Azərbaycan və Portuqaliya yığmaları ilə yanaşı, Niderland, İspaniya, Belçika və Rumıniya komandaları da mübarizə aparır. Bu qrupun matçlarına avqustun 28-də yekun vurulacaq.

FIFA dünya çempionatının final oyunundakı kütləvi dava ilə bağlı qərarları açıqlayıb
FIFA İntizam Komitəsi dünya çempionatında Argentina və İspaniya yığmaları arasında final matçı başa çatdıqdan sonra baş vermiş kütləvi dava ilə bağlı qərarını açıqlayıb.

Ən ağır cəzaya Cənubi Amerika təmsilçisinin yarımmüdafiəçisi Leandro Paredes məruz qalıb. 32 yaşlı futbolçu milli komandada 10 oyunluq diskvalifikasiya ilə yanaşı, 90 000 ABŞ dolları məbləğində cərimə olunub.

Paredes final fitindən sonra ispaniyalı müdafiəçi Erik Qarsiyanı əvvəlcə itələyərək boğub, daha sonra isə sifətinə yumruqla zərbə endirib. Davada fəal iştirak edən digər oyunçu – Argentina millisinin üzvü Nauel Molina isə 7 oyunluq cəza alıb.

İntizam Komitəsi İspaniya yığmasının üzvlərinin hərəkətlərinə də hüquqi qiymət verib. Komanda yoldaşlarını qorumağa çalışan Qavi bir oyunluq diskvalifikasiya edilib və 30 000 dollar cərimələnib. Argentinalı futbolçu Tiaqo Almada 1, məşqçilər heyətinin üzvü Roberto Ayala isə 3 oyunluq diskvalifikasiya edilib. Argentinalı oyunçuların ümumi cərimələri 180 000 dolları keçib.

Argentina Futbol Federasiyası FIFA-nın qərarından apellyasiya şikayəti vermək niyyətində olduğunu açıqlayıb. Sanksiyalar milli komandanın qarşıdakı rəsmi oyunlarında qüvvəyə minəcək. Gözlənilənin əksinə olaraq, final fitindən sonra meydandan qovulan Argentina yığmasının hücumçusu Xulian Alvaresə əlavə cəza verilməyib. Sanksiya bir oyunla məhdudlaşdırılıb.

Qeyd edək ki, finalda Argentinanı 1:0 hesabı ilə məğlub edən İspaniya millisi DÇ-2026-nın qalibi olub.

Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və idman direktoru İlqar Qurbanov Türkiyə I Liqasının III turu çərçivəsində keçirilən “Karagümrük” – “Bursaspor” oyununu tribunadan canlı izləyib.

Onlar Bursa təmsilçisində çıxış edən yığma üzvü Toral Bayramovun çıxışını yerində görmək üçün Türkiyəyə yollanıblar.

Meydana start heyətində çıxan Bayramov 17-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Fasilədən dərhal sonra əvəzlənən müdafiəçi oyunda ən aşağı qiyməti (6.3) alıb.

Qeyd edək ki, qarşılaşma “Bursaspor”un 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqasında II tur start götürür
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

İlk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Qəbələ” öz meydanında “Şəfa”nı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq.

Digər oyunda isə “Zirə” “İmişli”ni sınağa çəkəcək. Qarşılaşma saat 20:45-də start götürəcək.

Qeyd edək ki, II turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokuboklara görə təxirə salınıb. Tura avqustun 23-də 2 oyunla yekun vurulacaq.

Mahir Emreli “Rakuv”da 3-cü qolunu vurub
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti dəfə fərqlənib.

29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirilən səfər oyununda komandasının bərabərlik qolunu vurub.

Mahir Emreli start heyətdə meydana çıxıb və görüşün 27-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Hazırda davam edən qarşılaşmanın ilk hissəsində hesab 1:1-dir.

Bu, Azərbaycan millisinin hücumçusunun “Rakuv”un heyətində 3-cü qolu olub.

“Zirə”nin futbolçusu Kamboca klubuna transfer olunub
“Zirə”nin futbolçusu Junior Martins Kambocanın “Prexxanrit Svayrinq” klubuna transfer olunub.

Bu barədə “qartallar”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücumçunun keçidi ilə bağlı tərəflər arasında müqavilə bağlanılıb.