Sizin reklam burada
Sizin reklam burada

"Dünyanın ən güclü futbolçusu..."

"Dünyanın ən güclü futbolçusu..." Argentina millisinin eks çalışdırıcısı Sezar Luis Menotti dünyanın ən yaxşı futbolçusu kimi İniestanı görür.
Təcrübəli mütəxəsis "Barselona"nın oyunçusu haqqında bunları deyib:
"Elə futbolçular var ki, onların oyun keyfiyyətləri müzakirə olunmur. Mənim üçün dünyanın ən yaxşı futbolçusu Andres İniestadır. O, rəqibləri aldadır, qol vurur, məhsuldar ötürmələr verir, oyunu oxumaq bacarığı var, qara işləri də görür. Bir neçə dəfə "Qızıl top"a namizədlər sırasında olub. Amma bu mükafatı heç vaxt qazanmayıb. Bəlkə də, onu lazımi qədər reklam etmirlər. İniesta özü isə elə asta danışır ki, bəziləri onun nə qədər güclü olduğunu bilmir".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ