Sizin reklam burada
Sizin reklam burada

“Lester” İngiltərə futbol tarixinə düşdü

“Lester” İngiltərə futbol tarixinə düşdü UEFA Çempionlar Liqasının III turunda öz meydanında “Kopnehagen”ə qalib gələn “Lester” maraqlı göstəriciyə imza atıb. İngiltərə çempionu qitənin ən nüfuzlu klub turnirinə məğlubiyyətsiz davam edir. Beləliklə, Ranyerinin komandası liqanın qrup mərhələsində ilk 3 oyunda qələbə qazanan ilk ingilis komandası kimi də tarixə düşüb.
Maraqlıdı ki, ÇL-də 3 oyuna 9 xal toplayan “tülkülər” İngiltərə Premyer Liqasında keçirdiyi 8 oyunda aktivinə cəmi 8 xal yazmağa nail olub.
Qeyd edək ki, Klaudio Ranyerinin yetirmələri İPL-də turnir cədvəlində 13-cü, ÇL-də isə qrupda 1-ci yerdə qərarlaşıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ