Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan çempionatı 6 komanda ilə keçiriləcək

    Azərbaycan çempionatı 6 komanda ilə keçiriləcək Kişi voleybolçular arasında Azərbaycan çempionatında iştirakçı komandaların sayı və başlama tarixi dəqiqləşib. Yarışda 6 klub gücünü yoxlayacaq.
    Bunlar “Neftçi”, “Nəqliyyatçı”, “Naxçıvan”, “Sumqayıt”, “Lokomotiv” və MOİK-di. İlk 2 klubda əsasən yığmamızın üzvləri cəmləşəcəksə, digərlərində əsasən gənclərə üstünlük veriləcək. Əgər “Lokomotiv” yeni yaranıbsa, MOİK də uzun fasilədən sonra çempionata qayıdıb.
    2016/2017 mövsümünün startı isə noyabrın 3-də veriləcək. Dairəvi sistemlə keçiriləcək yarışın ilk dövrəsi Naxçıvanda olacaq. Burda Olimpiya İdman Kompleksində baş tutacaq oyunlar noyabrın 7-dək davam edəcək. Növbəti 2 dövrənin isə dekabr və fevral aylarında keçirilməsi nəzərdə tutulub.
    Yekunda ilk “dörd”lük yarımfinalda oynayacaq. Bu mərhələ martda olacaq. Final isə apreldə baş tutacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ