Sizin reklam burada
Sizin reklam burada

Yan Koller: “Azərbaycan önündə zəif Çexiya izlədim”

Yan Koller: “Azərbaycan önündə zəif Çexiya izlədim” “Komandada yenilənmə prosesi aparılır. Gənc futbolçular psixoloji cəhətdən hazırlıqlı görünmürdülər. Gələcəkdə uğurlu çıxış etmələri üçün onlara güvənmək lazımdı”. Bunu Çexiya yığmasının əfsanəvi futbolçusu Yan Koller deyib.
Dünya çempionatının seçmə mərhələsinə uğursuz başlanğıc edən çexiyalılar ilk 3 turdan sonra cəmi 2 xal toplaya biliblər. Xüsusən də, son turda Azərbaycanla evdə qeydə alınan qolsuz bərabərlik yerli futbol ictimaiyyətini ciddi şəkildə narahat edib.
Koller də komandanın əvvəlki gücündən uzaq olduğunu düşünür. 43 yaşlı mütəxəssis vəziyyəti düzəltməyin yollarını da söyləyib: “Şimali İrlandiya və Azərbaycanla seçmə mərhələ oyunlarını televiziyadan izlədim. Qolsuz bərabərliklə başa çatan hər iki matçda zəif Çexiya izlədim. İstənilən komandanın qısa müddətdə formalaşması mümkün deyil. Yığmadan belə tez güclü oyun gözləmək yersizdi. AÇ-2020-yə isə hələ çox vaxt var. Qarşıdakı 2-3 il güclü komanda ortaya çıxarmaq üçün yetərli ola bilər. Amma bu o demək deyil ki, komanda dünya çempionatında final mərhələsi üçün mübarizə aparmamalıdı. Hər şey komandanın təməlindən və iş mexanizmindən asılıdı. Məşqçilər korpusu dayanmadan axtarışda olmalıdılar. Komandamızın mundiala gedə bilməyəcəyini demək istəmirəm. Ancaq bu da həqiqətdi ki, futbolçuların üzərində hər zamankından böyük təzyiq olacaq. Bu da böyük sürprizləri özü ilə gətirə bilər”.
Qeyd edək ki, 1999-2009-cu illərdə Çexiya millisinin heyətində 91 oyun keçirən və 55 qola imza atan Yan Koller yığmanın ən məhsuldar futbolçusu ünvanını hələ də qoruyur.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ