Sizin reklam burada
Sizin reklam burada
  • Avropa çempionatı: Azərbaycan basketbol millisi Niderlandla qarşılaşacaq

    Bu gün 20 yaşadək basketbolçulardan ibarət Azərbaycanın millisi Avropa çempionatında növbəti oyununu keçirəcək.
    B divizionunun B qrupunda mübarizə aparan yığma Niderlandla üz-üzə gələcək. Rumıniyanın Piteşti şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
    Alberto Blankonun rəhbərlik etdiyi kollektiv daha əvvəl Portuqaliya (34:90), Böyük Britaniya (51:97) və İrlandiya (58:61) yığmalarına məğlub olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ