Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan yığmasının oyunlarının vaxtı açıqlanıb

    Azərbaycan yığmasının oyunlarının vaxtı açıqlanıb Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək II qrupunun oyunlarının təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, AVRO-2018-ə qatılmaq arzusunda olan 4 komanda paytaxtda üz-üzə gələcək.
    Turnirin bütün oyunları Bakı İdman Sarayında keçiriləcək. İlk turda yığmamız Bosniya və Herseqovinanı sınağa çəkəcək. Ardınca Albaniya, sonda isə Macarıstanla qarşılaşacaq.
    Qeyd edək ki, bu mərhələnin qrup qalibləri birbaşa AVRO-2018-ə vəsiqə qazanacaq. 2-ci yer sahibləri və ən yaxşı nəticəyə malik 3-cü yeri tutan komanda pley-offda son 4 vəsiqənin sahibini müəyyənləşdirəcək.

    AVRO-2018 əsas seçmə mərhələ
    II qrup

    I tur
    8 aprel
    16:00. Macarıstan - Albaniya
    18:30. Azərbaycan – Bosniya və Herseqovina

    II tur
    9 aprel
    16:00. Bosniya və Herseqovina - Macarıstan
    18:30. Azərbaycan – Albaniya

    III tur
    11 aprel
    17:30. Albaniya – Bosniya və Herseqovina
    20:00. Macarıstan – Azərbaycan

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ