Sizin reklam burada
Sizin reklam burada
  • Avstraliya DÇ-yə ev sahibliyindən imtina etdi

    Avstraliya 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəmir.
    Bu barədə Avstraliya Futbol Federasiyası (FFA) məlumat yayıb.
    Bildirilib ki, qurum sözügedən mundial üçün namizədliyini irəli sürməyəcək.
    Bildirilib ki, FFA bütün amilləri nəzərə alaraq bu qərarı qəbul edib.
    Daha əvvəl FIFA Asiya Futbol Konfederasiyası (AFC) və Okeaniya Futbol Konfederasiyasını (OFC) DÇ-2034-ə ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə dəvət edib. Ardınca isə Səudiyyə Ərəbistanı bu mübarizəyə qoşulmaq üçün ali futbol qurumuna müraciət ünvanlayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ