Sizin reklam burada
Sizin reklam burada
  • 2030-cu ildə futbol üzrə dünya çempionatının oyunları altı ölkədə keçiriləcək

    2030-cu ildə futbol üzrə dünya çempionatının oyunlarına altı ölkə ev sahibliyi edəcək.
    Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidməti bildirib.
    Məlumata əsasən, turnirin əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Dünya çempionatının ilk üç oyununa Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək.
    Turnirin finalının Madriddə "Santyaqo Bernabeu" stadionunda keçirilməsi planlaşdırılır. İlk dəfə olaraq dünya çempionatının oyunları müxtəlif qitələrdə keçiriləcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ