Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

    Atributinfo.az xəbər verir ki, qılıncoynatma üzrə milli komandamızın lideri Anna Başta Belçikanın Gent şəhərində keçirilən 25-ci “Flemish Open Championships” beynəlxalq turnirində qızıl medal qazanıb.
    Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Anna qadın sablyaçıların yarışında finala gedən yolda italiyalı Marqarita Kollonnanı (15:7), Fransa sablyaçıları Şarlott Lembaxı (15:8) və Luiz Kleyni (15:7), Böyük Britaniya təmsilçisi Maksvell Caitlini (15:14) mübarizədən kənarlaşdırıb. Anna finalda qadın sablyaçıların dünya reytinqində dördüncü olan Yunanıstan qılıncoynadanı Despina Georgiadonu 15:4 hesabı ilə məğlub edərək turnirin qızıl medalını qazanıb.
    Yetmişə yaxın qadın sablyaçının yarışdığı turnirdə Palina Kaspiaroviç və Zərifə Hüseynova ümumi sıralamada ilk onluqda yer almağı bacarıblar.
    Səbinə Kərimova 11-ci, Valeriya Bolşakova 22-ci, Sevil Bünyatova isə 25-ci olublar.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ