Sizin reklam burada
Sizin reklam burada
  • “Fənərbağça” Türkiyə Superliqasında qələbə seriyasını darmadağınla davam etdirib

    Atributinfo.az xəbər verir ki, Futbol üzrə Türkiyə Superliqasında VII turun daha bir oyunu keçirilib.
    Çempionluğa iddialı “Fənərbağça” doğma meydanda “Rizespor”u sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
    İstanbul klubunun heyətində qolları Sebastian Şimanski (3), İrfan Can Kahveci (47), Edin Ceko (62), Duşan Tadiç (75) və Coşua Kinq (90+2) vurublar.
    Cari mövsüm Superliqada keçirdiyi 7 oyunun hamısında qalib gələn “Fənərbağça” maksimum nəticə (21 xal) ilə turnir cədvəlinə başçılıq edir. 11 xalı olan “Rizespor” isə yeddinci pillədə qərarlaşıb.
    Bu matçla eyni vaxtda başlayan “Karagümrük” – “Kasımpaşa” görüşündə qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ