Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyə millisi bu gün Ermənistanı qəbul edəcək - AVRO-2024

    Atributinfo.az xəbər verir ki, bu gün AVRO-2024-ün seçmə mərhələsində V turun növbəti oyunları keçiriləcək.
    Üç qrupda ümumilkdə 7 görüş baş tutacaq.
    A qrupunun favoritləri Şotlandiya və İspaniya səfər matçına çıxacaqlar.
    D qrupunun lideri Türkiyə yığması Əskişəhərdə Ermənistanı sınağa çəkəcək. Qrupun digər güclü komandası Xorvatiya isə Latviyanı qəbul edəcək.
    Günün mərkəzi qarşılaşması Bratislavada təşkil olunacaq. Dörd turdan sonra itkisiz irəliləyən Portuqaliya özündən 2 xal geri qalan Slovakiyanın qonağı olacaq.

    AVRO-2024-ün seçmə mərhələsi
    8 sentyabr

    A qrupu
    20:00. Gürcüstan – İspaniya
    22:45. Kipr – Şotlandiya
    Xal durumu: Şotlandiya - 12 (4 oyun), Gürcüstan – 4 (3), Norveç – 4 (4), İspaniya – 3 (2), Kipr – 0 (3)

    D qrupu
    22:45. Türkiyə - Ermənistan
    22:45. Xorvatiya – Latviya
    Xal durumu: Türkiyə - 9 (4 oyun), Ermənistan – 6 (3), Xorvatiya – 4 (2), Uels – 4 (4), Latviya – 0 (3)

    J qrupu
    22:45. Slovakiya – Portuqaliya
    22:45. Bosniya və Herseqovina – Lixtenşteyn
    22:45. Lüksemburq – İslandiya

    Xal durumu: Portuqaliya - 12 (4 oyun), Slovakiya – 10 (4), Lüksemburq – 7 (4), Bosniya və Herseqovina – 3 (4), İslandiya – 3 (4), Lixtenşteyn – 0 (4)


    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ