Sizin reklam burada
Sizin reklam burada
  • "Sabah" komandası avrokuboklarla vidalaşıb

    Atributinfo.az xəbər verir ki, Serbiyada "Partizan" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçı başa çatıb.
    Görüşün əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qolları 30-cu dəqiqə Mateus Saldanya və 58-ci dəqiqədə Bibras Natxo vurublar.
    Bakıdakı ilk qarşılaşmada "Sabah" rəqibini 2 cavabsız qolla məğlub etdiyindən ümumi hesab bərabərləşib. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda hesab deyisməyib və penaltilər seriyası keçirilib. Burada "Partizan" komandası 5:4 hesabı ilə qalib gəlib.
    Beliklə, "Sabah" klubu avrokuboklarla vidalaşıb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ