Sizin reklam burada
Sizin reklam burada
  • Arda Güler əməliyyat olundu

    Atributinfo.az xəbər verir ki, "Real"ın yeni transferi Arda Güler ​​sağ dizindən əməliyyat olunub.
    Bu barədə klubun saytı məlumat yayıb.
    Bildirilib ki, əməliyyat uğurlu keçib.
    Türkiyəli yarımmüdafiəçi iyulun 29-da Madrid təmsilçisinin məşqində zədələnib. O, bu səbəbdən klubun ABŞ-dakı təlim-məşq toplanışını vaxtından əvvəl başa vurub. 18 yaşlı futbolçunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
    Qeyd edək ki, "Real" iyulun 6-da A.Gülerlə 2029-cu ilin iyununa qədər müqavilə imzaladığını açıqlayıb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ