İstanbul təmsilçisi “Marsel”dən Bartuğ Elması transfer edib. Türk yarımmüdafiəçi ilə üçillik müqavilə imzalanıb.
Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Bartuğ 2022-ci ilin yayında “Marsel”ə keçmişdi. İyirmi yaşlı futbolçu Fransa Liqa 1 klubunun heyətində cəmi bir oyuna çıxıb.
/atributinfo.az/
