Sizin reklam burada
Sizin reklam burada
  • Millimiz dünya çempionatında 1/4 finalda

    Millimiz dünya çempionatında 1/4 finalda Futzal üzrə dünya çempionatının Kolumbiyada keçirilən final mərhələsində növbəti oyunlar keçirilib. 1/8 final mərhələsinin son 3 qarşılaşması baş tutub.
    Bakı vaxtı ilə gecə yarı keçirilən qarşılaşmalarda 1/4 finalın son iştirakçıları bəlli olub. Planetin 8 ən yaxşısı arasında arasında Azərbaycan millisi də yer alıb.
    Mundialda debüt edən yığmamız ilk cəhdində irəlilədiyi 1/8 finalda Tailandla qarşılaşıb. Qrup mərhələsində Mərakeş (5:0), İspaniya (2:4) və İranla (3:3) mübarizədə 2-ci olan yığmamız tarixində ilk dəfə bu rəqiblə görüşüb.
    Asiyalılar da qrupu 2-ci yerdə başa vurub. Rəqibimiz Rusiyaya uduzsa da (4:6), Kuba (8:5) və Misir (2:1) üzərində qələbələrlə 1/8 finala yüksəlib. Ardıcıl 5-ci dəfə mundiala qatılan Tailand son yarışdakı uğurunu təkrarlayaraq, qrup səddini arxada qoyub.
    Azarkeşlərin düz 21 qola şahidlik etdikləri oyunda yığmamız 8:13 hesablı darmadağına sevinib. Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 4:4. Əlavə olunmuş vaxtda isə komandamız möhtəşəm əzmkarlıq göstərərək mərhələni keçə bilib.
    Miltinyonun yetirmələri asiyalıları mübarizədən kənarlaşdıraraq, 1/4 finalda Portuqaliya ilə görüşəcək. Pireneylilər 1/8 finalda Kosta-Rikanı 4:0 hesabı ilə məğlub edib.
    Futzal üzrə dünya çempionatı
    1/8 final
    22 sentyabr
    Tailand – Azərbaycan - 8:13 (əlavə vaxtda)
    Qollar: Vassura, 4, 44, Fineo, 6, 13, 44, 48, 49, Vitali Borisov, 14, Tyaqo, 28, 29, 41, Poletto, 31, Rövşən Hüseynli, 49. Hakimlər: Fernando Qutyerres Lumbreras (İspaniya), Jianqiao Liu (Çin), Reks Kamusu (Solomon adaları), Lans Vanhaitsma (ABŞ)
    Medelyin. Kolizeo İvan de Bedout

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ