Sizin reklam burada
Sizin reklam burada

DÇ seçmə mərhələsi tarixində ən erkən qol vuruldu - VİDEO

DÇ seçmə mərhələsi tarixində ən erkən qol vuruldu - VİDEO DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III turun növbəti oyunları keçirilib.
Məlumata görə, A, B və H qruplarında 9 matç keçirilib.
Bunların cəmi 2-də meydan sahibləri, 6-da qonaqlar qalib gəlib, 1 oyun heç-heçə ilə nəticələnib.
Cəbəllütariqə qarşı keçirilən oyunda Belçika millisinin hücumçusu Kristian Benteke DÇ seçmə mərhələsi tarixində ən erkən qola imza atıb. Futbolçu oyunun 7-ci saniyəsində fərqlənib.

DÇ-2018-in seçmə mərhələsi
UEFA zonası

A qrupu
III tur, 10 oktyabr
Belarus – Lüksemburq - 1:1
Qollar: Savitski, 80 - Yoahim, 85

İsveç – Bolqarıstan - 3:0
Qollar: Tayvonen, 39, Hilyemark, 45, Nilson, 58

Hollandiya – Fransa - 0:1
Qol: Poqba, 30

B qrupu
Andorra – İsveçrə - 1:2
Qollar: Martinez, 90+1 - Şaar, 19 (pen.), Mehmedi, 77

Latviya – Macarıstan - 0:2
Qollar: Qyurkso, 19, Salai, 77

Farer adaları – Portuqaliya - 0:6
Qollar: Andre Silva, 12, 22, 37, Ronaldo, 65, Moutinyo, 90+1, Kanselo, 90+3

H qrupu
Cəbəllütariq – Belçika - 0:6
Qol: Benteke, 1, 43, 56, Vitsel, 19, Mertens, 51, Azar, 79

Estoniya – Yunanıstan - 0:2
Qollar: Torosidis, 2, Stafilidis, 69

Bosniya və Herseqovina – Kipr - 2:0
Qollar: Ceko, 70, 81


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ