Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan - Almaniya: Biletlər satışa çıxarıldı

    Azərbaycan - Almaniya: Biletlər satışa çıxarıldıDÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb.

    Atribut Qəzetinin AFFA-ya istinadən verdiyi məlumata görə, biletləri "28 Mall" Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun "Sahil" stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və "Park Bulvar" ticarət mərkəzində əldə etmək mümkündür.

    Həmçinin biletlərin onlayn satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

    Biletlərin qiyməti:

    VIP – 50 AZN
    1-ci kateqoriya – 19 AZN
    2-ci kateqoriya – 14 AZN
    3-cü kateqoriya – 9 AZN
    4-cü kateqoriya – 5 AZN
    5-ci kateqoriya – 2 AZN

    Azərbaycan - Almaniya: Biletlər satışa çıxarıldı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ