Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan millisi Bakıda keçirilən paracüdo üzrə dünya çempionatında daha iki medal qazanıb

Azərbaycan millisi Bakıda keçirilən paracüdo üzrə dünya çempionatında daha iki medal qazanıb.
Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Xanım Hüseynova bürünc medal uğrunda görüşdə yaponiyalı Karusa Oqavaya qalib gələrək, çempionatı üçüncü pillədə başa vurub.
İkiqat Paralimpiya çempionu İlham Zəkiyev (90 kq-dan yuxarı) də çempionatı mükafatçılar sırasında bitirib. Həlledici görüşdə braziliyalı Vilyans Araujoya uduzan İ.Zəkiyev dünya çempionatında gümüş medalla kifayətlənib.
Ötən gün millimizin üzvlərindən Şəhanə Hacıyeva (48 kq) və Namiq Abbaslı (73 kq) bürünc medal qazanıblar.
Heydər Əliyev İdman Konsert Kompleksində keçirilən çempionatda 41 ölkədən 250-dək paracüdoçu mübarizə aparıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ