Sizin reklam burada
Sizin reklam burada

“Ağdaş şəhidlərinin əziz xatirəsinə həsr olunmuş” futbol tədbiri keçirilmişdir

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti bu gün Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində uğurla davam etdirilir, ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır.
Xüsusi diqqət ayrılan idman sahələrindən biri də futboldur. Futbolçularımızın peşəkarlığının artırılmasına göstərilən davamlı qayğı, futbolun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni stadion və idman bazalarının yaradılması ölkədə bu sahənin inkişafına böyük təkan vermişdir.
89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin təşəbbüsü ilə seçki ərazisində futbolun kütləviliyinin inkişafını, habelə gənclərin idmana olan həvəsini daha da artırmaq məqsədi ilə dairənin Ağdaş rayonu üzrə kəndləri arasında xalqımız üçün Zəfər tarixinin yazılmasının ikinci ildönümünə təsadüf edən bu qururverici günlərdə, 26 oktyabr 2022-ci il tarixində “Ağdaş şəhidlərinin əziz xatirəsinə həsr olunmuş” futbol tədbiri baş tutmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası kütləvi futbol departamentinin müdiri Fərrux İsmayılov və AFFA-nın xüsusi nümayəndəsi Orxan Mikayıllının iştirakı ilə tədbirin açılış mərasimi keçirildi, hər bir komandaya futbol forması və digər zəruri idman ləvazimatları verildi.
Çıxış zamanı M.Əfəndiyev müstəqillik dövründə yetişmiş müasir Azərbaycan gəncliyinin Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi altında 30 il işğal altında qalan torpaqlarının geri alınmasnda öz canlarını fəda edərək qanları bahasına nümayiş etdirdikləri qəhrəmanlığı xüsusi qeyd etdi.
Eyni zamanda bu gün gənclər arasında sağlam həyat tərzinin təbliği, onların idmana olan həvəsinin daha da artırılmasının dövlət gənclər siyasətinin prioritet istiqamətlərini təşkil etdiyini vurğulayaraq ölkə rəhbərliyi tərəfindən bu sahədə görülən ardıcıl işlərdən bəhs etdi.
Digər çıxış edənlər tərəfindən də İkinci Qarabağ-Vətən Müharibəsində əldə olunan böyük Qələbə və şəhidlərimizin xatirəsinin uca tutulması ilə bağlı fikirlər səsləndirildi.
Həmçinin ölkə rəhbərinin idmana, xüsusilə regionlarda idmanın inkişafına göstərilən diqqət və qayğıdan söhbət açaraq bu günə qədər həyata keçirilən vacib layihələrdən söhbət açdılar.
Qeyd edək ki, tədbirdə Ağdaş rayon Ərəb, Qulbəndə, Cardam, Birinci Aral, Şordəhnə, Şəmsabad, Nehrəxəlil, Kükəl, Xosrov, Qarağan Şıxlar, Güvəkənd, Yuxarı Qəsil, Tofiqi kənd və Ləki Qəsəbə komandaları iştirak ediblər.
Yuxarı Qəsil və Şordəhnə kənd komandaları arasında keçirilən yoldaşlıq oyunu Şordəhnə kənd komandasının 1-2 hesablı qələbəsi ilə başa çatdı.
Sonda turnir iştirakçıları göstərilən diqqət və təşəbbüsə görə Məzahir Əfəndiyevə, eyni zamanda Azərbaycan Respublikası Gənclər və idman nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliklərinə öz minnətdarlıqlarını bildirdilər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ