Sizin reklam burada
Sizin reklam burada

Millimizin 9-cu yer tutduğu yarışda Rusiya 9-cu dəfə çempion oldu

Millimizin 9-cu yer tutduğu yarışda Rusiya 9-cu dəfə çempion oldu FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub. Dünən baş tutan final oyununda Rusiya və Qazaxıstan milliləri üz-üzə gəliblər.
Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Bununla da şimal qonşularımız 2 illik aradan sonra növbəti dəfə çempion olublar.
Bu, sözügedən turnirdə rusların müstəqil olduqdan sonra 9-cu zəfəridir.
Bürünc medallar Yunanıstanı 4:2 hesabı ilə məğlub edən Sankt-Peterburq komandasına qismət olub.
Qeyd edək ki, millimiz bu yarışda 9-cu pillə ilə kifayətlənməli olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ