
Onun fikrincə, portuqaliyalı hücumçu dahi oyunçudur və çox şeyə nail olub. Lakin 30 yaşlı qolçu motivasiyasının klubu və ölkəsi üçün kuboklar qazanmaqdan ibarət olduğunu vurğulayıb: "Mən heç vaxt keçmiş uğurlarıma boylanmamışam. Ola bilsin, bunu karyeramı bitirdikdən sonra edəcəyəm. Lakin hazırda yalnız irəli baxır və yeni qələbələrə can atıram".
Qeyd edək ki, Lionel Messi ilə Kriştianu Ronaldu arasında münasibətlərin qaydasında olmadığına dair iddialar dəfələrlə səsləndirilib.