Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin sədr müavini Adil Əliyevin və deputatların iştirakı ilə Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Milli Məclisin sədr müavini Adil Əliyevin və deputatların iştirakı ilə Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimi keçirilibMayın 20-də Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin, Milli Məclisin deputatlarının, şəhid ailələrinin, qazilərin, tanınmış idmançıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Sərhədçi" İdman Olimpiya Mərkəzində Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının təntənəli açılış mərasimi keçirilib. Əvvəlcə, idmançıların iştirakı ilə parad təşkil olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev kikboksçularımızın, hətta pandemiya şəraitində də yüksək nəticələr göstərdiklərini, Azərbaycan çempionatında fərqlənənlərin V İslam Həmrəyliyi Oyunlarında da çıxış edəcəklərini diqqətə çatdırıb.
Sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıdan, idmançılarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən danışıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb.
Daha sonra çıxış edən Milli Məclisin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının İcraiyyə Komitəsinin sədri Adil Əliyev tədbirdə iştirak edən bütün şəhid ailələrini və qaziləri salamlayaraq, Vətən müharibəsində qələbənin qazanılmasında rolu olan hər kəsə təşəkkürünü bildirib. Vitse-spiker iki illik fasilədən sonra ölkədə kütləvi tədbirlərin keçirilməsinə razılığın verilməsini sevindirici hal adlandırıb. Bildirib ki, biz müzəffər xalqın övladlarıyıq və bununla fəxr edirik. Qarşıda daha böyük yarışlar gözlənilir.
Vitse-spiker idmançılarımızın Türkiyədə keçiriləcək İslamiadada bir daha bizləri sevindirəcəklərinə inamını ifadə edib.
Azərbaycanda idmanın inkişafına Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışan Adil Əliyev bildirib ki, Ulu öndərin Azərbaycanda həyata keçirdiyi gənclər, idman siyasəti və ordu quruculuğunun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimiz bizə böyük Zəfəri bəxş etdi. Hər birimizin borcudur ki, bu siyasəti dəstəkləyək və irəli aparaq.
Daha sonra açılış mərasimində 44 günlük Vətən müharibəsinin şəhidləri - Muxtar Qasımlı, Şıxamir Qaflanov, Kərəm Veyisov, Pərvin Əlizadə və Xudayar Yusifzadənin ailə üzvləri və digər şəxslər təltif olunublar.
Tədbirdə çıxış edən şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə, eləcə də idmançıları düşündürən məsələlərin həlli, onlarının rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Milli Məclisin sədr müavini Adil Əliyevin və deputatların iştirakı ilə Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimi keçirilibMilli Məclisin sədr müavini Adil Əliyevin və deputatların iştirakı ilə Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimi keçirilibMilli Məclisin sədr müavini Adil Əliyevin və deputatların iştirakı ilə Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ