Sizin reklam burada
Sizin reklam burada

Olimpiya Komplekslərinin idarə olunmasında yeni yanaşmaya ehtiyac var - Nazir

Olimpiya Komplekslərinin idarə olunmasında yeni yanaşmaya ehtiyac var - Nazir Gənclər və idman naziri Fərid Qayıbov Olimpiya İdman Komplekslərinin direktorları ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə komplekslərin qarşılaşdıqları çətinliklərin həlli yolları və onların fəaliyyətlərinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
Olimpiya İdman Kompleksləri uşaq-gənclər idman məktəbləri və yerli icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti sayəsində idmanda kütləviliyin artırılmasında görülən işlər, inkişaf etdirilən idman növlərinin sayının artırılması da müzakirə olunub. Bu baxımdan ilin bütün fəsillərində komplekslərin fasiləsiz və səmərəli işini təmin etməyin vacibliyi də vurğulanıb.
Olimpiya İdman Komplekslərinin idarə olunmasında yeni yanaşmaya ehtiyac olduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, bu qurğuların səmərəli fəaliyyətini təmin etmək nazirliyin əsas məqsədlərindən biridir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ