Sizin reklam burada
Sizin reklam burada

"Barselona" futbolçusunun evi qarət edilib

"Barselona" futbolçusunun evi qarət edilib “Barselona”nın hücumçusu Ansu Fatinin valideynləri “Espanyol”la oyunu televizorda izləyərkən naməlum şəxslər evini qarət ediblər.
Bu barədə "Mundo Deportivo" qəzeti bildirib.
Məlumata əsasən, oğurluq zamanı Fati "Kamp Nou" stadionunda olub və tribunadan komanda yoldaşlarının oyununu izləyib. Evin ikinci mərtəbəsinə girən şəxslər pul, saat və qızıl-zinət əşyalarını oğurlayıblar.
19 yaşlı futbolçunun yaxınları ikinci mərtəbədən səs-küy eşidib polisə müraciət etsələr də, qanun nümayəndələri gələn zaman cinayətkarlar evi tərk ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ