Sizin reklam burada
Sizin reklam burada

“Qarabağ” UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb

“Qarabağ” UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb "Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.
Buna İsveçrənin "Bazel" klubu ilə IV tur matçında Kiprdə "Omoniya" ilə heç-heçə etməsi səbəb olub.
Günün ilk oyununda Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin H qrupunda ilk 2 sıradan birini tutacağı dəqiqləşib. Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan "köhlən atlar" "Omoniya" (2 xal) və "Kayrat" (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan "Bazel" də növbəti mərhələyə adlayıb.
Beləliklə, "Qarabağ" avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Qeyd edək ki, Konfrans Liqasında qrup qalibləri birbaşa səkkizdəbir finala yüksəlirlər. İkinci yeri tutanlar isə UEFA Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ