Sizin reklam burada
Sizin reklam burada

Bugünkü tədbir Şirvanın futbol ənənələrini özünə qaytarmaq istiqamətində bir ilk addımlardan olacaq

Bugünkü tədbir Şirvanın futbol ənənələrini özünə qaytarmaq istiqamətində bir ilk addımlardan olacaq Bu gün bizim təşəbbüsümüzlə, AFFA-nın təşkilatçısı ilə Uşaq futboluna dəstək olaraq "Kəndlərdə idmanı inkişaf etdirək" layihəsi üzrə Şirvan şəhərində tədbir keçirildi.
Bilirsiniz ki, Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafı hər zaman diqqət mərkəzində saxlanılır, xüsusilə idman kütləviliyinin təmin olunması üçün, istedadlı uşaqların üzə çıxarılması, o cümlədən uşaq futbolunun inkişafı məqsədilə bir çox layihələr təşkil olunur.
Bu günkü görüşdə mənim həmkarım - AFFA-nın Vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Deputat Rauf Əliyev, Şirvan şəhər İH başçısı İlqar Abbasov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirə şəhərin “kənd evləri”, ”bağ evləri”, “köhnə şəhər” və digər massivlərində yaşayan, futbola həvəsi olan 12-14 yaş qrupuna aid uşaqlar dəvət olunmuşdu. Tədbirdə 50 uşağın hər birinə futbol geyim dəsti və futbol topu hədiyyə olaraq verilmişdir.
Bilirsiniz ki, Şirvan idman, o cümlədən böyük futbol ənənələrinə malık bir şəhərdir.
Şirvandan “Neftçi” nin məşhur oyunçuları Səmədağa Şıxlarov, Tərlan Əhmədov və s. kimi Azərbaycan futboluna öz töhfələrini vermiş futbolçular yetişib. Əli-bayramlının (indiki Şirvan) “Energetik” Futbol komandası Azərbaycan çempionatında hər zaman öz füsünkar oyunu ilə diqqəti cəlb edirdi. Elə bu yaş qrupunda(13-14 yaş), 1978-ci ildə SSRİ kimi böyük bir məkanda keçirilən “Dəri top” futbol yarışlarında keçmiş Əli-Bayramlı (indiki Şirvan) şəhərinin “Xəzər” futbol komandası SSRİ çempionu olub. Bu, o vaxt üçün də çox böyük bir nailiyyət idi.
Bütün iştirakçılara və təşkilatçılara təşəkkür edirəm.
Mən hesab edirəm ki, bu günkü tədbir Şirvanın futbol ənənələrini özünə qaytarmaq istiqamətində bir ilk addımlardan olacaq, həmçinin Azərbaycan futbolunun inkişafı üçün kiçik bir stimul olacaqdır.
Bugünkü tədbir Şirvanın futbol ənənələrini özünə qaytarmaq istiqamətində bir ilk addımlardan olacaq

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ