Sizin reklam burada
Sizin reklam burada

Məsut Özil ayrılmaq üçün “Kayserispor”la oyuna qəsdən getmədi

Məsut Özil ayrılmaq üçün “Kayserispor”la oyuna qəsdən getmədi “Fənərbaxça”nın qış fasiləsində heyətinə cəlb etdiyi Məsut Özil komandadan ayrılmaq fikrinə düşüb.
Ulduz futbolçu karyerasını ABŞ-da davam etdirmək arzusundadır.
Almaniya millisinin sabiq üzvünün hətta bu səbəbdən Super Liqanın son turunda “Kayserispor”la səfər matçına zədəsini bəhanə edərək yollanmadığı bildirilir. Ölkə çempionatının 3-cü pillədə tamamlayan “sarı-lacivərdlilər”in uğursuz çıxışının Özilə pis təsir etdiyi və oyunçunun bu üzdən ayrılmağı düşündüyü vurğulanıb.
Qeyd edək ki, Məsut Özil ilin əvvəlində “Fənərbaxça” ilə 3,5 illik müqavilə imzalayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ