Sizin reklam burada
Sizin reklam burada

Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası

Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası Bu il Formula 1 yarışması zamanı Dənizkənarı Milli Park bağlanmayacaq. Bu barədə Bakı Şəhər Halqasından (BŞH) məlumat verilib.
Bildirilib ki, bu il koronavirus pandemiyası ilə əlaqədar əyləncə zonası, “Formula 1 Village” olmadığına görə bulvarın bağlanmasına ehtiyac olmayacaq.
Qeyd edək ki, əvvəlki yarışlar zamanı Dəmizkənarı Milli Park yarış müddətində bağlanırdı, orada əyləncə zonası təşkil olunurdu və yalnız biletləri olan insanlar həmin əraziyə buraxılırdı.
Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ